UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası

 

   İyunun 16-da Kambocanın Pnompen şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin növbəti 37-ci sessiyası işə başlayıb. Komitədə 21 ölkə təmsil olunur onların əsas vəzifəsi dünyada dünya irs obyektlərinin qorunmasına nəzarət etməkdir. Tədbirdə ölkəmizin nümayəndə heyəti iştirak edir.

   Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildiriblər ki, iyunun 27-dək davam edəcək sessiyada Dünya İrs Təhlükə siyahılarında olan bir sıra obyektlərin saxlanma mühafizəsi ilə bağlı hesabatlar, eləcə üzv ölkələrin təqdim etdiyi yeni 32 nominasiya nəzərdən keçiriləcək. Yeni nominasiyalar arasında Tacikistanın Milli Parkı; Gülüstan sarayı (İran), Maymand Mədəni Landşaftı (İran), Polşa Ukrayna Karpat regionunda Taxta Kilsələr (Polşa/Ukrayna), Bolqar Tarixi Arxeoloji Kompleksi (Rusiya), Alanya Tarixi şəhəri (Türkiyə) s. məkanlar var.

   Sessiya zamanı Dünya irsi üzrə 1972-ci il Konvensiyasının fəaliyyət qaydalarına əlavələr və beynəlxalq yardım üzrə müraciətlər nəzərdən keçiriləcək.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 9.